Bu günə olan hava proqnozu
09
yan
2016
09:00
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gün Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacağı, axşam yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi arabir güclənəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə verilən xəbərə görə, havanın temperaturu Abşeron yarımadasında və Bakıda gecə 3-5 dərəcə isti, gündüz 7-9 dərəcə isti olacaq. Bu gün Azərbaycanın rayonlarında arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, yağacağı, duman olacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu Aran rayonlarında gecə 0-5 dərəcə isti, gündüz 6-11 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə 7-12 dərəcə şaxta, gündüz 3-7 dərəcə isti olacağı gözlənilir. Yanvarın 9-da Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli yüksəlməsi və Xəzri küləyinin güclənməsi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər. BAKU.WS
Oxşar xəbərlər
Sabahın hava proqnozu açıqlandı
Yanvarın 9-da Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlər...