Bu gün hava necə olacaq?
04
may
2019
10:11
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gün ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək.Havanın temperaturu Abşeron yarımadasında gündüz 19-24, Bakıda isə 22-24 dərəcə isti təşkil edəcək.Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın lokal leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.Havanın temperaturu rayonlarda gündüz 23-28, dağlarda isə 13-17 dərəcə isti təşkil edəcək.
Oxşar xəbərlər
Sabaha yağış yağacaq, şimşək çaxacaq
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAKU.WS verilən məlum...