Bu gün "Avroviziya 2026"nın ikinci finalçıları müəyyənləşəcək - Azərbaycan ikinci çıxış edəcək
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gün "Avroviziya 2026" Beynəlxalq Mahnı Müsabiqəsinin ikinci yarımfinalı keçiriləcək.
BAKU.WS xəbər verir ki, səhnəyə 15 ölkənin təmsilçisi çıxacaq.
Bunlar Bolqarıstan, Azərbaycan, Rumıniya, Lüksemburq, Çexiya, Fransa, Ermənistan, İsveçrə, Kipr, Avstriya, Latviya, Danimarka, Avstraliya, Ukrayna, Birləşmiş Krallıq, Albaniya, Malta, Norveçdən olan təmsilçilərdir.
Azərbaycan ikinci nömrə altında çıxış edəcək. Ölkəmizi müğənni JIVA (Cəmilə Həşimova) təmsil edir. O "Just Go" mahnısını ifa edəcək. Mahnının söz və musiqisinin müəllifi azərbaycanlı və amerikalı bəstəkar Fuad Cavadovdur.
Qeyd edək ki, "Avroviziya 2026" Beynəlxalq Mahnı Müsabiqəsi Avstriyanın paytaxtı Vyana şəhərində keçirilir. Yarışmanın birinci yarımfinalı 12 mayda baş tutub. Birinci yarımfinalda 10 ölkə finala vəsiqə qazanaraq, həlledici mərhələyə adlayıb.Bunlar Belçika, Xorvatiya, Finlandiya, Yunanıstan, Litva, Moldova, Polşa, Serbiya, İsveç, İsraildir.
İkinci yarımfinal isə bu gün mayın 14-dür. Böyük final isə şənbə günü, yəni 16 may 2026-cı ildə baş tutacaq.
Oxşar xəbərlər
Röya Ayxanın adından saxta konsert təşkil edib, bilet satdılar
Xalq artisti Röya Ayxanın adından Niderlandın paytaxtı Amsterdamda saxta konsert afişaları hazırlanaraq sosial şəbəkələrdə yayımlanıb. BAKU.WS xəbər verir ki, a...