Bu dəfə məşhurlar milyonlarla dollarlıq üzüklərini yarışdırdılar

Bu dəfə məşhurlar milyonlarla dollarlıq üzüklərini yarışdırdılar
Foto
Şou-biznes 139

Ötən gün baş tutan Paris Moda Həftəsi maraqlı məqamlarla yadda qalıb.

BAKU.WS "Entertainmenttonight"a istinadən xəbər verir ki, "Balenciaga" brendinin nümayişi zamanı milyarder Ceff Bezosun həyat yoldaşı Loren Sançezlə futbolçu Kriştiano Ronaldonun nişanlısı Corcina Rodriqez ön sırada yan-yana əyləşiblər.

Hər iki məşhur onlara evlilik təklifi edilən milyonlarla dollarlıq üzüklərini taxıblar. Onların bahalı briliyantlarının parıltısı dəfiləni kölgədə qoyub. Üzüklərinin ümumi dəyəri 10 milyon dollar qiymətləndirilib.

Bu dəfə məşhurlar milyonlarla dollarlıq üzüklərini yarışdırdılar

Gecənin ən çox diqqət mərkəzində olan ikilisi daha sonra səmimi foto da çəkdiriblər.

Bu dəfə məşhurlar milyonlarla dollarlıq üzüklərini yarışdırdılar

Məlumat üçün bildirək ki, milyarder Ceff Bezos 2023-cü ildə aparıcı Loren Sançesə çəhrayı brilyant üzüklə evlilik təklifi edib. Daş son dərəcə nadirdir və sadə platin çərçivəyə yerləşdirilib. Ekspertlər onun çəkisini 30 karat olaraq qiymətləndirirlər. Müxtəlif mənbələrə görə, zinət əşyasının qiyməti 3-5 milyon dollar arasında ola bilər.

Səkkiz illik münasibətdən sonra isə Kriştiano Ronaldo sevgilisinə çəkisi 35 karata qədər olan oval brilyant üzük bağışlayıb. Üzüyün mərkəzi daşı yan brilyantlarla əhatələnib ki, bu da ona xüsusi bir zəriflik qatır. Bu üzük son illərin əsl zinət əşyası adlandırılır və qiyməti 5 milyon dollar olaraq göstərilir.

Son xəbərlər