Brilliant Dadaşova: "Get başqa birini tap"
Yeniliklərdən dərhal xəbərdar olun
Xalq artisti Brilliant Dadaşova yeni "Get Başqa Birini Tap" adlı layihəsini təqdim edib.
BAKU.WS xəbər verir ki, mahnının sözləri nəğməkar şair Nəriman Abbaszadəyə, musiqisi bəstəkar-müğənni AISEL-ə aiddir.
Aranjimanı Samir Soltanov edib. Mahnının miks-masterinqi Ramin Ali, musiqi prodüseriyi isə İsmayıl Əsədova məxsusdur.
Ekran işinin rejissor kürsüsündə Royal Djafarov əyləşib. Sənətçini klipin sonunda nakam sevgisinə qalib gəlmiş obrazda təqdim edib.
İfaçının ümumi görüntüsü və saç-makyajı Elnur Həsənovun peşəkar komandasına həvalə olunub.
Qeyd edək ki, ifaçı "Best of Brilliant" adlı canlı-solo konsertində mahnını ilk dəfə olaraq, bəstəkarın özü ilə birgə duet şəklində təqdim etmişdi.
Oxşar xəbərlər
Xuraman Əlizadəyə ağır itki üz verdi
Aktrisa Xuraman Əlizadəyə ağır itki üz verib.BAKU.WS xəbər verir ki, axşam.az-ın əldə etdiyi məlumata görə, aktrisanın atası 74 yaşında dünyasını dəyişib. Mərhu...