Brilliant Dadaşova üç hitinə yeni nəfəs verir
20
avq
2024
15:39
Xalq artisti Brilliant Dadaşova üç hitinə yeni nəfəs verir.
BAKU.WS xəbər verir ki, o, “Yarımgilə”, “Səninləyəm”, “Yalvarıram” adlı mahnılarını yenidən ifa edib. Sənətçi bunun üçün kamera qarşısına da keçib.
Dadaşova bu barədə görüntüləri instaqram hesabında “Yenə çəkirlər” başlığı ilə paylaşıb. “Caspian Media Group” tərəfindən ekranlaşdırılan işdə estrada ulduzu hollivudsayağı imici və kadrları ilə diqqət çəkir. Onun tərzi üzərində stilist Elnur Həsənov çalışıb.
Layihə yaxın günlərdə təqdim ediləcək.
Oxşar xəbərlər
"DREAM FEST 2024" qırmızı xalısında DİQQƏT ÇƏKƏN XALQ ARTİSTLƏRİ - FOTO/VİDEO
Bakıda keçirilən Qafqazın ən böyük musiqi festivalı "DREAM FEST 2024" yekunlaşıb. BAKU.WS xəbər verir ki, 6 gündür davam edən tədbirdə xarici məşhurlarla yanaşı...