Brilliant Dadaşova: "Təhqir olunmuşuq, alçaldılmışıq" - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Bu yaxınlarda bir qrup xalq artistinin Prezidentə Afaq Bəşirqızını müdafiə edən müraciət ünvanlaması birmənalı qarşılanmayıb. Xalq artistlərinin bu addımı "İnstagram" səhifələrinin birində olduqca sərt tənqid edilib. "Kimin ombası qədər olmayan xalq artistlərimiz" başlıqlı yazıda sənətçilərimiz erməni əsilli dünya ulduzu Kim Kardaşyanla müqayisə edilib. "Afaq Bəşirqızını yox, Qarabağı müdafiə etmək lazımdır!" deyən müəllif onların Qarabağımıza görə müraciət ünvanlamalı olduqlarını bildirib.
BAKU.WS xəbər verir ki, sözügedən paylaşıma Xalq artisti Brilliant Dadaşovadan reaksiya gəlib. O, təhqir olunduqlarını və alçaldıldıqlarını yazıb:
"Kimisə tərifləmək istəyirsinizsə, bəhanə axtarmayın. Müharibə şəraitində olduğumuz insanlar - sizdən fərqli olaraq öz millətinin nümayəndəsi olan bu qadını heç bir zaman pisləməz. Nə olursa olsun, pisləməz. Siz və sizin kimilər isə öz xalqının tanınmış simalarını alçaltmaq üçün bütün vasitələrdən istifadə etmisiniz: şər, böhtan, uydurma hekayələr və sair...
Bilirəm, bu yazıdan sonra üstümə hücumlar daha da artacaq. Amma bilin ki, bura yazdığınız başlıq birbaşa özünüzə yaraşır".
Oxşar xəbərlər
Nadir Qafarzadə: "Otuz manat yardım edəndə əlli manat istəyirlər"
Həyatda məqsədsiz və mövqesiz insanlar var. Uğur qazanmaq üçün can atmayan insanlar oturub gözləyir ki, kimsə onlar üçün nəsə etsin. İnsan öz məqsədinə doğru ge...