Şəbnəm Tovuzlu: "Boşanandan 5 ay sonra maşın aldım, müğənni oldum" (VİDEO)

Şəbnəm Tovuzlu: Boşanandan 5 ay sonra maşın aldım, müğənni oldum (VİDEO)
Video
Şou-biznes 9225

Hamiləliyi və nikahdan kənar həyat yoldaşı ilə bağlı qalmaqalları bitib tükənməyən müğənni Şəbnəm Əsədova (Şəbnəm Tovuzlu) ARB TV-nin "Evgördü" verilişinə maraqlı açıqlamalar verib. 

BAKU.WS xəbər verir ki, verilişin formatına uyğun olaraq çəkiliş heyəti müğəninin evində qonaq olub. Şəbnəm Tovuzlu öz həyatı və sənətə necə gəlməsindən danışıb. Tovuzlu ilk ailə həyatının uğursuz nəticələndiyini və boşandıqdan sonra uşağını saxlamaq üçün müğənniliyə başladığını bildirib.

"Mən boşandıqdan sonra kəndə qayıtmaqdım. Burada qalıb toylara getdim. 5 ay sonra isə mən artıq özümə maşın aldım. Avtomobil həvəskarıyam. Hazırda istifadə etdiyim maşın 8-ci avtomobilimdir".

Müğəninin verilişdə söylədiyi fikirlərlə aşağıdakı videoda tanış ola bilərsiniz.

Aynur Ələkbərova

BAKU.WS

Son xəbərlər