Biləsuvar gömrük postunda 35 metr hündürlüyündə bayraq dalğalanacaq - FOTO

Biləsuvar gömrük postunda 35 metr hündürlüyündə bayraq dalğalanacaq - FOTO
Foto
Şou-biznes 121

Azərbaycan Respublikasının İran İslam Respublikası ilə sərhədində yerləşən Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar gömrük postunda 35 metr hündürlüyündə yeni bayraq dirəyi quraşdırılıb və dekabrın 24-də üçrəngli bayrağımız ucaldılıb.

Dövlət Gömrük Komitəsindən (DGK) BAKU.WS-ə verilən məlumata görə, Dövlət Bayrağı postda xidmət edən DGK və Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının iştirakı ilə keçirilən rəsmi mərasimlə havaya qaldırılaraq dalğalandırılıb və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Eyni zamanda, “Biləsuvar” gömrük postu ərazisində dövlətimizin atributlarının əks olunduğu məlumat lövhəsi də yenilənib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər