"Bezirəm" - Xalq artistinin oğlu anasından şikayətləndi - VİDEO

Xalq artisti Gülyanaq və Gülyaz Məmmədova bacıları ARB-nin "Üçəlli" proqramının qonağı olublar.
BAKU.WS xəbər verir ki, proqramın formatına uyğun olaraq qonaqlara və qonaqların yaxınlarına eyni şəxsi suallar verilir. Əgər cavablar üst-üstə düşməzsə, qonaq sənətçinin yalanı üzə çıxır.
Gülyanaq xanım və oğlunun cavablarının bir qismi bir-birini təsdiqləyib. 10 yaşlı oğlu Miryaqub anasını çox sevdiyini, onunla qürur duyduğunu desə də, fürsət tapıb şikayətlənib:
"Mən hazırlıqlarda bütün ev tapşırıqlarımı edirəm. Anam isə tez-tez "dərs oxu" deyir. Mən də bezirəm. İstəyirəm bu xasiyyətini bir az düzəltsin".
Aysel
Oxşar xəbərlər
Gülyaz Gülyanağın sirrini açdı: "1 həftə üzünü yumadı" (VİDEO)
Xalq artistləri Gülyaz və Gülyanaq Məmmədova bacıları ARB TV-də yayımlanan "Faydalı saat" verilişində qonaq olublar. BAKU.WS-in məlumatına görə, Gülyaz Məmmədov...
