Gülyaz Gülyanağın sirrini açdı: "1 həftə üzünü yumadı" (VİDEO)

Gülyaz Gülyanağın sirrini açdı: 1 həftə üzünü yumadı (VİDEO)
Video
Şou-biznes 1177
Xalq artistləri Gülyaz və Gülyanaq Məmmədova bacıları ARB TV-də yayımlanan "Faydalı saat" verilişində qonaq olublar. BAKU.WS-in məlumatına görə, Gülyaz Məmmədova uşaq ikən Şəkidə başlarına gələn maraqlı hadisəni danışıb."Bir dəfə mağazadan çıxdıq. Qardaşım Atəşlə getmişdik. Müsabiqədə fasilə idi. Bir də baxdıq ki, Zeynəb Xanlarova qabağımızda. Yaxınlaşıb dedi ki, bunlar nə qəşəng uşaqlardı. Üzümüzdən öpdü. Evə gəlmişik. Səhər Gülyanağın üzünü yuya bilmirik. Anam soruşur ki, niyə yumursan?. Deyir ki, Zeynəb xanım öpüb. 1 həftə üzünü yumadı" - deyə, Gülyaz Məmmədova bildirib. BAKU.WS

Son xəbərlər