Bayram Nurludan falçı proqnozu: Həmkarları Damlaya cadu ediblər - VİDEO

Bayram Nurludan falçı proqnozu: Həmkarları Damlaya cadu ediblər - VİDEO
Video
Şou-biznes 8140
Falçılar camiəsinin yeni məşhur siması Bayram Nurlu artıq ulduzluq xəstəliyinə tutulub. BAKU.WS -in məlumatına görə, o efirlərə qonorarsız çıxmayacağını bəyan edib. Bayram deyib ki, 5000 manat qonarar ödənilərsə verilişlərdə görünə bilər. Hətta seriallardan aldığı təklifləri rədd etdiyini açıqlayıb: "Deyirlər ki, gəl 5 gün bizim serialda çəkil. Mən əgər 5 gün işimi-gücümü atıb seriallara çəkilirəmsə, ən azından 10-15 min manat mənə verməlidirlər. Yoxa mən vaxtımı müftə sərf etməli deyiləm. Komandamla işləyirəm. Mən bir verilişə çıxanda məni səkkiz nəfər hazırlayır. Ona görə də, xahiş edirəm ki, qonorarımı ödəsinlər, gəim". Ekstrasens öz məharətini "Xəzər Maqazin" verilişində müğənnilərlə bağlı falçılıq etməklə göstərib. O, həmkarları tərəfindən müğənni Damlaya güclü cadu edildiyini bildirib: "Onun səsini batırmaq istəyirlər.Bir-iki həmkarı var ki, ona tez-tez cadu edirlər. İstəyirlər ki, o qızın səsi batsın, oxumasın, gözdən düşsün. Damla xanıma demək istəyirəm ki, 2 yerdə cadu var, onu çıxartdırsın. Hətta özününkülərdən də cadu eləyən var. Əzəldən onu sevməyib. Bu əməlin təsirindən anasıdımı, bacısıdırmı bilmirəm, tez-tez xəstələnir. Zülfiyyə QurbanovaBAKU.WS

Son xəbərlər