Bayram Kərimovun atası: "Bayramla danışdıq, yoldaşının ad gününü təbrik etdi"

Bayram Kərimovun atası: Bayramla danışdıq, yoldaşının ad gününü təbrik etdi
Şou-biznes 653

"Bayramla danışdıq. Çox rahat, sərbəst danışdı, yaxşı olduğunu dedi, yoldaşının ad gününü təbrik etdi".

Bu fikirləri BAKU.WS-in bölgə müxbirinə Bayram Kərimovun atası Yaşar Kərimov bildirib.

"Şükürlər olsun bu günə. Cənab prezident, Ali Baş Komandanımız İlham Əliyevə dərin təşəkkürümüzü bildiririk. Biz dövlətimizə inanırdıq ki, övladımızı əsirlikdən xilas edəcək. Elə də oldu. Bir daha minnətdarıq.Yaxın günlərdə evə gələcək", - deyə Y.Kərimov bildirib.

Məlumat üçün qeyd edək ki, 28 yaşlı B.Kərimov Vətən müharibəsinə könüllü qatılıb. Şuşa şəhərinin işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə yaralanaraq əsir götürülmüşdü.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər