Bank kartınızdan oğurluq edə bilərlər - İndi də bu üsula əl atırlar - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus "Azərpoçt” MMC-nin adından sui-istifadə etməklə hədəflərinə "Whatsapp" vasitəsilə yazan və onları aldadaraq bank kartlarından oğurluq edən dələduzlar artıq Azərbaycan nömrələrindən istifadə edirlər.
Bu barədə BAKU.WS-ə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti - Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzindən məlumat verilib.
"Vətəndaşların artıq Azərbaycan nömrələri ilə aldadılması daha öncə haqqında yazdığımız sosial mühəndislik kiberhücumlarının məntiqi davamıdır. Yerli nömrələrlə yazışmanı həyata keçirmək hədəfi daha asan inandırmağa hesablanıb.
Vətəndaşlara bir daha belə dələduzluq hallarına qarşı ehtiyatlı olmağı tövsiyə edir, media nümayəndələrinə isə maarifləndirmənin geniş kütləyə çatdırılması üçün köməklik göstərməsini xahiş edirik”, - deyə açıqlamada qeyd olunub.
Qalereya
Oxşar xəbərlər
“Facebook”da işləyən azərbaycanlı: “Həyat yoldaşım “İnstagram”da işə başladı və...”
AzVision.az-ın növbəti müsahibi İbrahim Əliyevdir. Yəqin ki, çoxunuz onun kim olduğunu bilmirsiniz, fəaliyyəti haqqında da məlumatınız yoxdur. Vətəndən uzaqda y...