Balaca İmran çempion oldu (VİDEO)
Onun hekayəsi çoxlarına məlumdur. İki yaşında olarkən "Nabran Village Holiday" istirahət mərkəzində hovuzda çimərkən ayaqlarını itirən İmran Cəfərzadənin başına gələnlər hamını məyus etmişdi.
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Heydər Əliyev Fondunun dəstəyi ilə müalicə olunan İmran bu gün sərbəst hərəkət edə, qaça, oynaya bilir.
Xatırladaq ki, 2013-cü il iyulun 21-də İmran Cəfərzadə Xaçmaz rayonunda fəaliyyət göstərən "Nabran Holiday Village” istirahət mərkəzində hovuzda olarkən qoruyucu barmaqlıq olmadığından hər iki ayağı həmin borunun içərisinə keçib və körpə ağır bədən xəsarətləri alıb.
Hadisə ilə bağlı Baş Prokorurluqda cinayət işi açılıb, 3 nəfər həbs olunub. İstirahət Mərkəzinin lisenziyası isə ləğv olunub.
İmran Cəfərzadənin Almaniyada müalicə olunub. Azərbaycan prezidenti İlham Əliyevin göstərişi əsasında, Heydər Əliyev Fondunun dəstəyi və Azərbaycanın Almaniyadakı səfirliyinin təşkilatçılığı ilə həyata keçirilib.
Azərtac
BAKU.WS
Oxşar xəbərlər
Leyla Əliyeva övladları ilə şənlikdə (FOTO)
Heydər Əliyev Fondunun təşəbbüsü ilə uşaqlar üçün şənlik təşkil olunub. BAKU.WS-in Azərtac-a istinadən məlumatına görə, tədbirdə Heydər Əliyev Fondunun vitse-p...