Bakıya bu gün də qar yağacaq, şaxta olacaq

Bakıya bu gün də qar yağacaq, şaxta olacaq
Şou-biznes 3051

 

Bakıda və Abşeron yarımadasında bu gün, yanvarın 29-da hava şəraiti arabir yağıntılı olacaq, qar yağacaq.  

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə verilən məlumata görə, bu gün paytaxtda mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu Abşeronda gecə 0-3° şaxta, gündüz 1-4° isti, Bakıda gecə 0-2° şaxta, gündüz 1-3° isti olacağı gözlənilir. Gecə və səhər yolların buz bağlama ehtimalı var.

Azərbaycanın rayonlarında yanvarın 29-da hava şəraitinin arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Gündüz əksər rayonlarda yağıntıda fasilə olacaq. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 0-5° şaxta, gündüz 2-6° isti, dağlarda gecə 8-13° şaxta, gündüz 0-5° şaxta olacağı gözlənilir. 

Yolların buz bağlama ehtimalı var.

BAKU.WS

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Sabahın hava proqnozu

Sabahın hava proqnozu

Bakıda və Abşeron yarımadasında istirahət günü, yanvarın 29-da hava şəraiti arabir yağıntılı olacaq, qar yağacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (...

10 Sosial 12:35 28 yanvar 2017

Son xəbərlər