Bakının dilənən uşaqları (FOTO, VİDEO)
Son illər Bakıda dilənçi uşaqların sayı artıb. BAKU.WS olaraq apardığımız müşahidələr zamanı deyə bilərik ki, azyaşlı uşaqları əsasən metro, atobus və insanların daha sıx məskunlaşdığı ərazilərdə görmək olar. Diqqətlə nəzər yetirəndə isə həmin uşaqları kənarda kimlərinsə izlədiyini görərik. Dilənən balacalar bir qədər pul topladıqdan sonra onu izləyənlərə verirlər. Beləcə də, uşaqların əməyi istismar olunur. Bakı şəhər Baş Polis İdarəsi mətbuat xidmətinin rəhbəri Qalib Rəhimov BAKU.WS-ə açıqlamasında bildirib ki, şəhər polisi daima dilənçilərlə mübarizə aparır. Lakin qanunlarda müəyyən boşluqlar olduğu üçün saxlanılan dilənçi barədə heç bir tədbir görmək mümkün olmur. "Gərək dilənçilərlə mübarizədə vətəndaşlar da polisə kömək olsunlar. Çünki polis dilənən şəxsi saxlayır və onun qeydiyyatda olduğu ünvana göndərir. Sonradan yenə həmin insan qayıdır və işilə məşğul olur. Əgər vətəndaşlar dilənən şəxslərə pul verməsələr, onlar bir müddət sonra bu işi buraxacaqlar”, - deyə Qalib Rəhimov bildirib.
Ziya Səccad BAKU.WS
Oxşar xəbərlər
Axşam Bakının yolları boş olacaq
Bu gün axşam saaatlarında Bakı yollarında müəyyən qədər boşluq olacaq. Bu barədə Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin mətbuat xi...