Bakıda tanınmış brend mağazasında LGBT simvolunda geyimlər və çanta satılır – FOTO
02
iyl
2019
17:35
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
"Port Baku Mall"da yerləşən “Michael Kors” brendi mağazasında LGBT-nin simvolu olan geyim və çantalar satılır.Bu barədə oxucular BAKU.WS-ə bildiriblər. Redaksiyamıza mağazada çəkilən fotolar da göndərilib. Şəkillərdən göründüyü kimi satılan çanta, ayaqqabı və digər əşyaların üstündə LGBT rəngindədir.
Deyilənə görə, bu cinsi azlıqlara dəstək məqsədilə edilib.Məsələyə aydınlıq gətirmək üçün şirkətin Azərbaycandakı nümayəndəliyilə əlaqə saxladıq. Bildirildi ki, deyilənlər həqiqəti əks etdirmir.
Mağazada satılan geyim və digər əşyaların LGBT rəngində olması tam təsadüfdür.“Yeni kolleksiya yerləşdirilib. Rənglər göy qurşağını əks etdirir. Burada məna aksesuarların və geyimlərin LGBT rəngində olmasında deyil. Təsadüf də ola bilər”, - deyə bildirilib.Qeyd edək ki, vikipediyadan götürülən məlumata görə, “Michael Kors” brendinin təsisçisi amerikalı dizayner, əsil adı Karl Anderson olan Michael Korsdur.Məlumata görə, o Nyu-York şəhərində yaşayır və geydir. O, eynicinslilərin nigahlarının leqallaşdırılmasından sonra öz partyonuru Lens Leperlə ailə həyatı qurub.Bu bərabərlik 1990-cı ildən bəri davam edir.Cavid Babayev
Oxşar xəbərlər
ŞOK! Mağazada narkotik vasitəni təbliğ edən geyim satılır - VİDEO
Mağazada narkotik vasitəni təbliğ edən geyim satılır.BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, paytaxtdakı bir ticarət mərkəzində yerləşən mağazada satışa ç...