Bakıda Tanqo festivalı keçiriləcək

Bakıda Tanqo festivalı keçiriləcək
Şou-biznes 1818
Bakıda oktyabrın 4-7-də "İlk Bakı Tanqo Festivalı" keçiriləcək.BAKU.WS xəbər verir ki, festival yerli rəqs məktəbləri olan "I.N. Tango Baku", "Tango ON" və "R&N-Project Dance School"un dəstəyi, "Passage 1901" restoranının sponsorluğu ilə Argentinanın Azərbaycandakı səfirlyi tərəfindən təşkil olunur. Bütün dərslər və tədbirlər pulsuzdur.Argentina və Gürcüstandan dəvət olunan müəllimlər hər gün yeni başlayanlar üçün dərslər keçəcək.Yeni başlayanlar üçün dərslərdən dərhal sonra festivalın ən maraqlı hissəsi - Qala Milonqa başlayacaq. Qonaqlar yerli musiqiçilər Aleksey Miltix (violonçel), Ceyla Seyidova (skripka) və Səidə Tağızadənin (piano) müşayəti ilə canlı tanqo musiqisi sədaları altında rəqs edəcəklər. Fasilələr zamanı qonaq və yerli müəllimlər audivizual səhnəni tamamlayaraq qısa rəqs performansları nümayiş etdirəcəklər.BAKU.WS
Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Prezident Bakıda keçiriləcək festivala 1 milyon ayırdı

Prezident Bakıda keçiriləcək festivala 1 milyon ayırdı

Prezident İlham Əliyev 2017-ci il oktyabrın 15-dən noyabrın 15-dək Bakı şəhərində keçiriləcək ticarət festivalı (“shopping festival”) ilə bağlı əlavə tədbirlər...

1316 Siyasət 17:50 28 sentyabr 2017

Son xəbərlər