Bakıda nadir təbii hadisə - Xarıbülbül gülü bitib (VİDEO)
03
apr
2019
10:42
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Bakı şəhərinin Xətai rayonu ərazisində Xarıbülbül gülü bitib. BAKU.WS xəbər verir ki, yalnız Qafqazda bitən bu gülə nadir hallarda rast gəlmək mümkündür. Xarıbülbül gülü Bakıda zavodlardan birinin həyətində bitib. Qeyd edək ki, Xarıbülbül. Azərbaycanın, Qarabağın, Şuşanın rəmzidir. Xarıbülbülün digər adı da var – Qafqaz qaş Səhləbi. O, toxumla çoxalan çoxillik bitkidir. Xarıbülbül latınca – Ophrys Caucasica və ya Ophrys Mammosa adlanır. Ophrys – yunan mənşəli sözdür, mənası “qaş” deməkdir. Bu gülə Samur – Dəvəçi, Kür-Araz və Xəzərsahili (Siyəzən rayonu, Beşbarmaq dağının təpə hissəsində) ovalıqlar, Kür düzənliyi, Abşeron, Diabar, Kiçik Qafqazın cənub rayonlarında rast gəlinir. SüdabəBAKU.WS
Oxşar xəbərlər
Bakıda nadir quş tapılıb
Bakıda nadir quşlardan biri tapılıb.Bu barədə Trend-ə Bakı şəhər sakini Orxan Quliyev məlumat verib.O.Quliyevin sözlərinə görə, əbabil quşu adlanan canlı Bakını...