Bakıda Ermənistan bayrağı ilə avtomobil - FOTO

Bakıda Ermənistan bayrağı ilə avtomobil - FOTO
Şou-biznes 24026
Bakıda üzərinə Ermənistan bayrağının simvolları olan emblem yapışdırılmış avtomobil görünüb.BAKU.WS-in məlumatına görə, avtomobil 10 UU 550 dövlət nömrə nişanlı, Mercedes GL markalı avtomobil paytaxtın Üzeyir Hacıbəyov küçəsində görüntülənib.Həmin avtomobilin fotosu arxadakı avtomobiliun sürücüsü tərəfindən çəkilərək sosial şəbəkədə paylaşılıb. Avtomobilin sahibi Şahin Xanəliyev Trend-ə açıqlamasında bildirib ki, avtomobili 4-5 il bundan əvvəl alıb:“Avtomobili 4-5 il bundan öncə Bakıdakı avtosalondan almışam. Həmin loqo illərdir avtomobilin üzərindədir. Həmin emblemə fikir verməmişəm. Fikir versəydim, elə həmin dəqiqə silərdim. Rəngin uyğun gəlməsi o demək deyil ki, Ermənstan bayrağıdır. Hərə bir cür fikirləşir, yazır, paylaşır. Çexiyada yaşayıram. Bu gün səhər saatlarında ölkəyə gəlmişəm və axşam qayıdacam. Orada Azərbaycanın bayrağını hər zaman qaldırmışam, gəlib öz Vətənimdə Ermənistan bayrağını qaldırmayacam ki?!”.BAKU.WS

Oxşar xəbərlər

5 nəfərin ölümünə səbəb olan sürücü saxlanıldı - TƏFƏRRÜAT

5 nəfərin ölümünə səbəb olan sürücü saxlanıldı - TƏFƏRRÜAT

Biləsuvarda 5 nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi ilə bağlı bir nəfər saxlanılıb. Bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən məlumat veri...

2897 Hadisə 13:45 20 sentyabr 2017

Son xəbərlər