Bakıda "Bayramoğlu"nun türk ustası dönərin sirlərindən danışdı (VİDEO, FOTO)

Bakıda Bayramoğlunun türk ustası dönərin sirlərindən danışdı (VİDEO, FOTO)
Video
Şou-biznes 4170

Bakıda Türkiyənin ilk dönəri sayılan Sivas resepti ilə dönər yemək mümkün olacaq. Bu dönəri "Bayramoğlu” restoranı təqdim edir.

Restoranın aşpazı Türkiyədən dəvət olunmuş Turan ustadır. O, 13 yaşından dönər hazırlamağa başlayıb. Turan usta xüsusi dönər hazırlamaq resepti olduğunu deyir. O, bu reseptin sirr olduğunu və dədə-babadan keçən bir bacarıq olduğunu deyir.

Turan usta BAKU.WS-in əməkdaşının suallarını cavablandırıb.

- "Bayramoğlu”da satılan dönər digər dönərlərdən nə ilə fərqlənir?

- Bizim öz xüsusi reseptimiz var. Türkiyənin Sivas şəhərində biz bu reseptlə işləmişik. Türkiyədə ilk dəfə dönəri Sivasda hazırlayıblar. Mən həmin resepti əmimdən öyrənmişəm, əmimə də onun atası öyrədib. Bu resept kənar heç kimə öyrədilmir.

- Gün ərzində neçə kilo dönər hazırlayırsız?

- Mən hər gün iki dəfə 120 kiloluq yarpaq dönər hazırlayıram. Hazırladığımız dönər 5 saat ərzində satılır. Elə olur ki, bu vaxtdan daha tez bitir. Bir də ki, dönərin bitmə vaxtı 5 saatdan çox olmamalıdır.

- Hansı dönəri yemək məsləhət deyil?

- Qaralmış dönəri yemək məsləhət deyil. Çox qızardılmış da olmamalıdır. Ət dönəri yeyin. Toyuq ətindən yaxşı dönər olmur. Yaxşı dönər mal ətindən olur.

- Siz hazırladığınız dönərin qiymətləri ilə maraqlanırsınız?

- Əlbəttə, maraqlanıram. Mən tez-tez zala keçib, müştərilərin yeməklərə olan münasibətini öyrənirəm. Bizim dönərlərin qiyməti çox münasibdir. 2 manat 40 qəpik, məncə, çox normal qiymətdir.

- Dönərin əti ilə maraqlanırsınız? Necə kəsilir, kəsim müsəlman qayda-qanunlarına uyğundurmu?

- Əlbəttə, hazırladığım dönərin əti ilə xüsusi olaraq maraqlanıram. Ət İslam dinindəki qaydalara görə hazırlanır və halaldır.

- Ət Türkiyədən gəlir?

- Xeyr, ətlər Türkiyədən gəlmir. Azərbaycanda da ət çox gözəl olur. Buranın ətlərindən xoşum gəlir.

Ünvan: Sarayevo 8, Əhmədli metrosunun yanı.

012 370 71 45 \ 051 800 0145

Tuncay 

BAKU.WS 

Oxşar xəbərlər

Bakıda "Mındar Dönərxana" adı ilə obyekt açılacaq İDDİASI  - VİDEO

Bakıda "Mındar Dönərxana" adı ilə obyekt açılacaq İDDİASI - VİDEO

"Mındar dönərxana" adı ilə restoran açdıqları barədə sosial şəbəkədə səhifə yaratdılar, aləmi bir birinə vurdular. Hamını güldürəcək hadisə Bakıda baş verib. Fe...

5868 Video 09:10 08 may 2017

Son xəbərlər