Bakıda "Mındar Dönərxana" adı ilə obyekt açılacaq İDDİASI - VİDEO
"Mındar dönərxana" adı ilə restoran açdıqları barədə sosial şəbəkədə səhifə yaratdılar, aləmi bir birinə vurdular. Hamını güldürəcək hadisə Bakıda baş verib. Feysbukda yaradılan mındar dönər səhifəsində insanlari çirkab, antisanitar, natəmiz yeməkləri alıb yeməyə dəvət edirlər. Təqdim edilən ünvanda isə dönərxana yox, mənzillər var. Orda yaşayan sakinlər deyir ki, bir neçə gündür mındar dönər adı ilə müraciətlər olur. Bu da onların narazılığına səbəb olub.
Bakı sakinləri evlərinin ünvanının pis adla dönərxana kimi təqdim edilməsindən şikayətçidir.
Feysbuk sosial şəbəkəsində adı Mındar Dönər olan səhifə yaradılıb. Və bu şəkildə elan yerləşdirilib: Heç bir sanitariya qaydalarına riayət olunmadan, vaxtı keçmiş ətlərdən hazırlanmış Azərbaycanın ən mındar dönəri yalnız bizim məkanda. Ünvan olaraq isə Paytaxtın Əlövsət Quliyev, 28 ünvanı göstərilib.
Səhifədə elə adına uyğun olaraq mındarlıqla bağlı şəkillər və statuslar paylaşılır, insanları çirkab, antisanitar, natəmiz yeməkləri alıb yeməyə dəvət edirlər.
Hansısa dönərxananın bu şəraitdə işlədiyinə inanmaq qeyri mümkündür. Buna görədə üz tutduq göstərilən ünvana. Lakin Əlövsət Quliyev küçəsi 28-də dönərxana yox, mənzillər var idi. Onlar da sanki yolumuzu gözləyirmişlər.
Sakinlər xeyli müddətdir bu hadisədən narahatdır. Çünki bu günlərdə səhifədən adresi götürüb onların evinə Mındar Dönərxana adı ilə gələnlər çox olub.
Bəs görəsən belə bir səhifə açmaq kimə və nə üçün lazımdır? Marketoloq Yusif Vəliyev mümkün variantı belə izah edir.
Marketoloq deyir ki, işinə məsuliyyətsiz yanaşan dönərxanaların bu şəkildə sarkazmla tənqid olunmağı gözəldir. Lakin səhifədə hansısa mənzilin ünvanını göstəmək yolverilməzdir.
BAKU.WS
Oxşar xəbərlər
12 manatlıq ətdən hazırlanan dönər 1,5 manata necə satılır? - VIDEO
Ətin kiloqramının 12-13 manat olduğu bu günlərdə paytaxtda 1 manat 50, 1 manat 80 qəpiyə ət dönəri satılır. Bu qiymətləri müqayisə edənlərdə isə şübhə yaranır....