Bakı bulvarında ailəvi gəzinti - çay 32 manat, qayıqla gəzinti 3 manat - QİYMƏTLƏR (FOTO)
Yeniliklərdən dərhal xəbərdar olun
BAKU.WS xəbər verir ki, Yaşıllıq, dəniz havası, müxtəlif əyləncə növləri - bütün bunları bir arada tapa biləcəyimiz və ailəmizlə gedə biləcəyimiz ən optimal variantdır Bakı bulvarı.
Bulvarda müxtəlif iaşə xidmətləri göstərən işbazlar da bunu çox gözəl başa düşdükləri üçün yenə də bu məkanda fantastik qiymətlər at oynadır. Nəticədə bir neçə saatlıq xoş vaxt keçirmək istəyən ailə az qala bu müddətdə aylıq maaşının yarısını xərcləməli olur.

Dənizkənarı Milli Parkda apardığımız müşahidələr və keçirdiyimiz sorğu nəticəsində orta qiymətləri müəyyənləşdirib, sizə də təqdim edirik.
Yayın ən vazkeçilməzi - adi, qazsız suların 0,5 litrliyi bu məkanda 50 qəpiyədir. Ən ucuz dondurmanın qiyməti də elə bu qədərdir.

Məşhur "Mirvari" kafesində sadə çay verilmir. Lakin əlimizdəki fotoaparata görə jurnalist ola biləcəyimizi düşünüb, limonla çayı bizə 3 manata təklif etdilər.

Başqa bir kafedə bir stəkan çay 1 manata təklif olunurdu.

Çayı yalnız şokoladla təqdim etdiklərini deyən digər kafedə isə bu qiymət 5 manata bərabərdir.


Bulvar gəzintinizi unudulmaz etmək istəyib, foto çəkdirmək istəsəniz, 2 manat ödəməli olacaqsınız.

Bulvarın daha bir atributu - Venesiyada qayıqla gəzinti böyüklər üçün 3 manata, uşaqlar üçün isə 2 manatadır.

Venesiyada çay dəstgahının qiyməti isə 32 manatdır.

Bulvara uşaqla gəzməyə çıxanlar isə atraksionlara minmədən keçinə bilmirlər. Onların qiyməti isə adambaşı 1-2 manat arasında dəyişir.




Göründüyü kimi, adicə hava almaq bəhanəsi ilə gəzintisinə çıxdığımız bulvar da indi o qədər də ucuz olmayan əyləncələr sırasına qoşulub. Bulvara 3 nəfərlə istirahətə getsəniz minimum 30-35 manat arasında xərc çəkməlisiniz.
Tuncay
BAKU.WS
Oxşar xəbərlər
Sabahdan bulvara giriş qadağan olunur
Bakıda keçiriləcək "Formula 1" yarışları ilə əlaqədar olaraq Dənizkənarı Milli Park ərazisinin bir hissəsinə giriş qadağan olunacaq. BAKU.WS xəbər verir ki, Də...