Bacısı qızının toyundan danışan İzzət Bağırov: "Necə küsülü ola bilərik?" - FOTO

Ötən gün xanəndə Almaxanım Əhmədlinin toyu olub.
BAKU.WS xəbər verir ki, sənətçinin dayısı, müğənni İzzət Bağırovun toyda az iştirak etməsi müzakirələrə səbəb olub.
İzzətin bacısı ailəsi ilə küsülü olduğu iddia edilib. Bundan sonra açıqlama verən müğənni Almaxanımın toyundan əlavə 4 məclisə dəvətli olduğu üçün toya gecə gəldiyini deyib:
"Bəzi saytlar yazıblar ki, İzzət bacısı qızının toyundan tez getdi. Amma bir şeyi yazmadan öncə açıqlamasını da yazmaq lazımdır. Əslində toyu bazar ertəsinə saldıq ki, həmin gün toylar az olur. Amma dünən Azərbaycanda çox məclislər var idi. Mən də gündəmdə olan müğənni olaraq ötən gün Almaxanımın toyundan əlavə daha 4 məclisə dəvətli idim. Məclisə fasilələrlə gəlib, sonra digər məkanlara səhnə almaq üçün gedirdim. Bu mənim işimdir. Almaxanım mənim balamdır, onunla necə küsülü ola bilərik? Dünən mənim ailəm, uşaqlarım da Almaxanımın toyunda idi. Allah bütün ailə quranları xoşbəxt etsin, Almaxanımı da onların içində".
Xatırladaq ki, Almaxanım şair Vüqar Əhmədin qızı, İzzət Bağırovun bacısı qızıdır.

Oxşar xəbərlər
Van Dammın oğlu: “Atam demişdi ki, mütləq Azərbaycandan olan bir xanımla evlən” - FOTO
Məşhur aktyor Jan Klod Van Dammın oğlu Kristofer Van Damm və onun azərbaycanlı xanımı Suada Hacızadə Diasporla İş üzrə Dövlət Komitəsinin Təbliğat, informasiya...
