AzTv-nin məşhur siması yeni imicdə
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan televiziyasının ən məşhur simalarından biri olan, uzun illər AzTv-də efirə çıxan Əməkdar artist Nailə İslamzadə inanılmaz dərəcədə dəyişib.
BAKU.WS xəbər verir ki, tanınmış simanın yeni imici üzərində stilist Elnur Həsənov işləyib. Fotoları aparıcı özü "İnstagram" səhifəsində yerləşdirib.
"Müxtəlif saytlardan xahiş edirəm, səhifəmdəki şəkilləri "Nailə xanım belə dəyişdi" deyə, paylaşmasınlar. Nailə xanım dəyişməyib, bu sadəcə baxışın, işığın və stilin işidir. Əsas olan insanın xaricdən deyil, daxildən özünə baxa bilməsidir", - deyə aparıcı fotolarını şərh edib.
Gözəlliyi ilə gənclərə belə meydan oxuyan N.İslamzadə izləyicilərini də fərqli obrazı ilə heyran edə bilib. Onun fotolarını 5 mindən çox insan bəyənib. ![]()
![]()
![]()
Oxşar xəbərlər
Mələk Heydərova: "Onları efirdə xoruz kimi döyüşdürürlər" (VİDEO)
BAKU.WS-in budəfəki müsahibi aparıcı Mələk Heydərovadır.- Özünüzü necə təqdim edərdiniz?- Təzə-təzə tanınmağa başlayanlar deyə bilər ki, aparıcı, aktrisa. Mənə...