AzTV-nin efirində aparıcının saçlarını kəsdilər - VİDEO
20
may
2020
16:08
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
AzTV-də yayımlanan “Gün başladı” proqramının canlı efirində aparıcı Xədicə Sənanqızının saçı kəsilib.
BAKU.WS xəbər verir ki, verilişin qonağı dünyaca məşhur stilist və vizajist Anar Ağakişiyev əlinə qayçı alaraq aparıcının saçlarını kəsib və saçburanla forma verib.
Aparıcı saçlarının kəsilməsinə belə reaksiya verib:
"Həyatı boyu başıma belə bir oyun gəlməmişdi. Veriliş gedə-gedə saçımı kəsən olmayıb. Uşaqlar, borc olsun. Mən bu saçlarımı neçə ildir, uzadıram".
Aparıcı güzgü qarşısına keçəndən sonra A.Ağakişiyevin əl işini bəyənib.
Oxşar xəbərlər
Anar Ağakişiyevin makiajı Türkiyənin Show TV kanalında (VİDEO)
Anar Ağakişiyevin əl işləri Türkiyənin ən baxımlı telekanallarından biri olan "Show TV"nin "Ana haber"də verilişində yayımlanıb. BAKU.WS-in məlumatına görə, süj...