Azərbaycanlı Rüfət Avropanın ən yaxşısı seçildi - VİDEO
17
may
2018
14:26
Türkiyədə yaşayan azərbaycanlı dizayner-modelyer Rüfət İsmayılov Avropanın ən yaxşı dizayneri seçilib.BAKU.WS -in məlumatına görə, o, Rumıniyanın paytaxtı Budapeştdə keçirilən "The best designer of the best Europe 2018" modelyer yarışmasının qalibi olub. Rüfət İsmayılovun 2014-cü ildə yaratdığı AFFFAİR Moda Evinin geyimləri podiumda ən çox bəyənilən kolleksiya olub. Azərbaycanlı dəb ustası Qərbi Avropanın ən yaxşı dizayneri mükafatına layiq görülüb. O, mükafata layiq görülməsini büelə şərh edib: "Qərbi Avropanın ən yaxşı dizayneri mükafatını əldə etmək həqiqətən də çox qürurvericidir". Qeyd edək ki, sözügedən moda nümayişi və mükafatlandırma mərasimi dünyanın 1 nömdəli dəb kanalı Fashion TV-də yayımlanıb. Zülfiyyə QurbanovaBAKU.WS
Oxşar xəbərlər
Nobel Mükafatına layiq olmayan elm adamları
Hər uğurlu insanın əldə etmək istədiyi mükafatlardan biri də, Nobel Mükafatıdır. Təbii ki, bu mükafatı əldə etmək elə də asan başa gəlmir. Bir də elə insanlar v...