Azərbaycanlı nazirin nəvəsinin fotoları yayıldı - İLK DƏFƏ

Azərbaycanlı müğənni Safurə Əliyeva "İnstagram” bloqunda oğlunun yeni fotosunu paylaşıb.
BAKU.WS-in məlumatına görə, ölkəmizi "Eurovision" yarışmasında təmsil etmiş müğənni ilk dəfə oğlunun üzünü izləyənlərinə göstərib. Bununla yanaşı, Safurə oğlu İsgəndər üçün Instagram-da hesab da açıb. Həmin hesabda İskəndər Əliyevin fotoları paylaşılıb.
Qeyd edək ki, ölkəmizi "Eurovision" yarışmasında təmsil etmiş müğənni bir neçə il öncə energetika naziri Natiq Əliyevin oğlu Fərhad Əliyevlə evlənib. Ailə qurduqdan sonra müğənnilikdən uzaqlaşan və İstanbulda yaşayan S.Əliyevanın bir oğlan övladı var. O, Türkiyədə gözəllik salonu və rəsm qalereyası açıb.
Sözügedən fotoları oxuculara təqdim edirik:
Nazim Babayev
BAKU.WS





Oxşar xəbərlər
Safurə Əliyeva nazir oğlu olan əri ilə
Azərbaycanlı müğənni Safurə Əliyeva "İnstagram” bloqunda yeni fotosunu paylaşıb. BAKU.WS-in məlumatına görə, ölkəmizi "Eurovision" yarışmasında təmsil etmiş m...