Azərbaycanlı Naz Türkiyədə iş adamının yaxtasındakı görüntülərə görə AĞIR CƏZALANDIRILDI (VİDEO, FOTO)

Azərbaycanlı Naz Türkiyədə iş adamının yaxtasındakı görüntülərə görə AĞIR CƏZALANDIRILDI (VİDEO, FOTO)
Video
Şou-biznes 56494
 

Türkiyə telekanalında yayımlanan evlilik verilişinin aparıcısı Zuhal Topal azərbaycanlı iştirakçı Naz Milanı bir daha öz verilişində görmək istəməyib.

BAKU.WS-in məlumatına görə, buna səbəb Nazın türkiyəli milyonçu Ali Ağaoğlunun qardaşı Hüseyn Ağaoğlu ilə yaxtada görüntülənməsi olub.

Bu görüntülərə əsəbiləşən Zuhal Topal telekanal rəhbərliyinə müraciət edərək bildirib ki, azərbaycanlı Naz Milanı yeni mövsümdə verilişində görmək istəmir.

Xatırladaq ki, evlilik verilişinin azərbaycanlı gəlin namizədi Naz türkiyəli milyonçu Ali Ağaoğlunun qardaşı Hüseyn Ağaoğlu ilə yaxtada görüntülənib. 

Nazi iş adamının qardaşının "Aga3” yaxtası ilə İstanbul boğazında səyahətə çıxıb. Həmin ərəfədə isə Ali Ağaoğlunun özü "Aga6” yaxtasında Bodrumda dincəlirmiş. Milyonçunun yanında sevgilisi Duyğu Su Gülpınar da olub.

BAKU.WS

 

Son xəbərlər