Azərbaycanlı müğənni: “Aygün və Röyadan sonra mən...” (FOTO/VIDEO)
"Bəzilərindən fərqli olaraq şou-biznesə qalmaqalla yox, sənətimlə gəlmişəm. Ona görə də yalnız səsimlə gündəmdə qalacağam”.
BAKU.WS xəbər verir ki, bu sözləri azərbaycanlı müğənni Elmar Yunis deyib. O bildirib ki, şou aləmində bir çox tanınmış müğənnilərin səsi yoxdur:
"Heç kimə sirr deyil ki, şou aləmində səsi olmayan, qalmaqalla gündəmdə olan məşhurlarımız yetəri qədərdir. Hətta illərin sənətkarları, xalq artistləri qalmaqalla gündəmə gəlirlər. Onların bu addımı biz gənclərə mənfi nümunə olur. Mən bu sənətə gəldiyim gündən qarşıma bir məqsəd qoymuşam. Yalnız səsimlə öz sözümü deyəcəyəm. Elə ona görə də bəstəkar Muxtar Abseynovla işbirliyi qurmuşam. O, bəstəkar kimi şou-biznesdə Aygün Kazımova, Röya Ayxan, Natavan Həbibi kimi məşhurlara hitlər yazıb. İndi də onlardan sonra mənə "Aman neynim” adlı mahnı bəstələyib. Düşünürəm ki, bu mahnı mənə uğur gətirəcək”.
Aysel.Ş
BAKU.WS
Oxşar xəbərlər
Müğənni Natavan Həbibi nişanlandı
Müğənni Natavan Həbibi nişanlanıb. "Qafqazinfo" xəbər verir ki, sənətçi bir müddətdir ki, sevgili olduğu şəxslə münasibətlərini rəsmiləşdirmək yolunda ilk addı...