Aygün Kazımova Eltona şeir yazdı: "Utanmırsan? Kişi olan Vücudundan" (VİDEO, FOTO)

Aygün Kazımova Eltona şeir yazdı: Utanmırsan? Kişi olan Vücudundan (VİDEO, FOTO)
Video
Şou-biznes 3498

 

Xalq artisti Aygün Kazımova müğənni Elton Hüseynəliyevə şeir yazıb.

BAKU.WS məlumat verir ki, "ATV Maqazin 10larla" verilişinin "Həftənin hit mahnısı” rubrikasında müğənninin xalq artistləri haqda söylədiyi fikirlər Aygün Kazımovanı əsəbləşdirib. Sənətçi İnstaqram hesabında müğənniyə həsr etdiyi şeirini paylaşıb:

"Sən Eltonsan, 

Sən ton tonsan. 

Mən bilmirəm 

Sən nə...san. 

Utanmırsan?

Kişi olan Vücudundan,

O boyundan, 

Buxunundan?

Sən sevilən Sənətkara, 

Əfsanəvi sənətkarın 

Yanındaca 

Rəy bildirib, 

Donquldanıb, 

Tullanırsan. 

Şıllaq atıb 

Hoppanırsan. 

Söz atırsan. 

Axı niyə? 

Axı kimə? 

Zərif, incə xanımlara 

Qısqanırsan, 

Olmaya sən 

Elton Consan???". 

Daha sonra xalq artisti bunları yazıb:

 

"Bir bunun davranışına, əl hərəkətlərinə baxın. Flora xanım kimi sənətkarın sözünü ağzında qoyur. Sənin nə həddindir ki, sən xalq artistləri haqda bu tonda rəy söyləyirsən?!". 

 

BAKU.WS

Son xəbərlər