Azərbaycanlı fotoqraf beynəlxalq müsabiqədə qalib oldu (FOTO)

Azərbaycanlı fotoqraf beynəlxalq müsabiqədə qalib oldu (FOTO)
Şou-biznes 1389

 

Azərbaycanlı gənc fotoqraf İradə Qədirova İstanbulda, "Tolerantlıq" mövzusunda keçirilən beynəlxalq fotomüsabiqədə qalib gəlib.  

BAKU.WS məlumat verir ki, İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun təşkil etdiyi  fotomüsabiqədə iştirak edən foto şəkillər Taksim Cümhuriyyət Sənət Qalereyasında sərgilənib. Ötən gün 70-dən çox ölkənin fotoqrafının qatıldığı mükafatlandırma mərasimində qallib fotoqraflara diplomlar təqdim edilib. Müsabiqəyə buraxılan 1000 fotodan azərbaycanlı fotoqraf İradə Qədirovanın işi 3-cü yerə layiq görülüb.  

Müsabiqədə birinci yeri Tanveer Hassan Rohan (Banqladeş), ikinci yeri İbrahim Aysündü (Türkiyə), xüsusi mükafatı Ramiz Aksoy (Türkiyə) qazanıb.

Qeyd edək ki, fotoqrafların "Tolerantlıq" mövzusundakı işləri İstanbulda,Taksim Cümhuriyyət Sənət Qalereyasında dekabrın 25-nə kimi nümayiş olunacaq.

Xatırladaq ki, İradə Qədirova Azərbaycan Fotoqraflar Birliyinin üzvüdür.

BAKU.WS

Son xəbərlər