"Bala Türkvizyon" musiqi yarışmasının qalibi azərbaycanlı oldu (FOTO)
16
dek
2015
15:39
Türkiyədə keçirilən "Bala Turkvizyon” adlı ilk uşaq mahnı müsabiqəsinin qalibi azərbaycanlı iştirakçılar olub.
BAKU.WS məlumat verir ki, yarışmada ölkəmizi təmsil edən 5 yaşlı Nuray Rəhman və 14 yaşlı Əhməd Əmirli birinci yerə layiq görülüb. Onlar birlikdə sözləri Ruhiyyə Rüstəmovaya, musiqisi Ülviyyə Bəbirliyə aid olan "Uşaqlıq illəri” mahnısını səsləndiriblər. Həmyerlilərimiz 115 xal toplayıb.
Qeyd edək ki, Nuray Rəhman və Əhməd Əmirli "Azad Azərbaycan” televiziyasında yayımlanan "Azərbaycanın səsi bala” yarışmasında da qalib olublar.
BAKU.WS
Oxşar xəbərlər
Nur Yeşiltaş azərbaycanlı qızlar üçün mahnı oxudu (VİDEO)
Türkiyənin TV8 kanalında yayımlanan "İşte benim stilim all star" yarışmasında münsif kürsüsündə əyləşən Nur Yeşiltaş azərbacanlı qızlar üçün mahnı oxuyub. BAK...