Azərbaycanda qar yağacaq, şimşək çaxacaq

Azərbaycanda qar yağacaq, şimşək çaxacaq
Şou-biznes 1375
Sentyabrın 28-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə verilən məlumata görə, gecə və səhər yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək.Havanın temperaturunun yarımadada gecə 14-16° isti, gündüz 17-20° isti, Bakıda gecə 14-16°, gündüz 17-19° isti olacağı gözlənilir.Atmosfer təzyiqi 764 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək. Nisbi rütubət 85-95% olacaq.Azərbaycanın rayonlarında sabah şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, yüksək dağlıq ərazilərdə sulu qar, qar yağacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.Havanın temperaturu gecə 11-16°, gündüz 17-22° isti, dağlarda gecə 3-7°, gündüz 7-12° isti olacağı gözlənilir.BAKU.WS

Oxşar xəbərlər

NAZİRLİKDƏN XƏBƏRDARLIQ - Hava şəraiti kəskin pisləşəcək

NAZİRLİKDƏN XƏBƏRDARLIQ - Hava şəraiti kəskin pisləşəcək

Sentyabrın 27-də Bakı və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, gün ərzində arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi y...

3621 Şou-biznes 13:15 26 sentyabr 2017

Son xəbərlər