Azərbaycanda ŞOK OLAY: Məktəbli qız ögey qardaşından hamilə qaldı

19
apr
2018
11:44
Hacıqabul rayonu Meyniman kənd məktəbinin 7-ci sinif şagirdinin ögey qardaşından 4 aylıq hamilə olması xəbəri yayılıb.BAKU.WS yenicag.az-a istinadən xəbər verir ki, baş verən dəhşətli hadisə ilə bağlı sözügedən təhsil ocağının direktoru Elman Abdullayev açıqlama verib:“Əvvələn, qız 7-ci yox, 9-cu sinif şagirdidir. Qızın atası çoxdan rəhmətə gedib, anası ikinci dəfə ailə həyatı qurub. Ögey atasının iki ovladı var: qızı ərə gedib, oğlu da əsgərlikdən qayıdıb. Nümunəvi ailə olub. Adı hallanan bu qız çox abırlı-həyalı şagird olub, hələ onun barəsində mənfi fikir eşitməmişik. Çox da yaxşı oxumur, amma arzusu kollecə daxil olmaqdır. Biz onun qarnının böyüməsini hiss etməmişik. Dünən müəlliməmiz də yanına getmişdi, qız and-aman edir ki, belə şey yoxdur. Oğlan da ağıllı oğlandır, özünə ev tikdirir, zəhmətlə yaşayan uşaqdır. O da and içir ki, mənlik deyil. İşi hüquq mühafizə orqanları araşdırır. Biz qabaqcadan heç nə deyə bilmərik. Kənd yeridir, adət-ənənə, mentalitetimiz var, həssas məsələdir, burda qızın gələcək taleyini də düşünmək lazımdır. Ehtimal var ki, qızı şərləyirlər. Ailə, də, məktəbimizin kollektivi də bu xəbərə inanmır”.Hacıqabul rayon Polis Şöbəsindən bildirildi ki, bacısı ilə intim əlaqədə olan qardaş artıq həbs edilib. Cinayət işinin istintaqını prokurorluq aparır.BAKU.WS

Oxşar xəbərlər
Ögey atası tərəfindən zorlanan qızın bacısı da zorlanıb - ŞOK HADİSƏ
Bir müddət əvvəl Baləkəndə atalığı tərəfindən zorlanaraq hamilə qalan qızla bağlı xəbər ölkə gündəmində ciddi şəkildə müzakirə olunmuşdu."Qafqazinfo” hadisə ilə...