Azərbaycanda növbəti 3 günlə bağlı XƏBƏRDARLIQ
23
okt
2017
17:50
Sabah və qarşıdan gələn iki gündə güclü geomaqnit həyəcanlaşması gözlənilir.BAKU.WS xəbər verir ki, bu barədə "Report"a AMEA-nın Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Elçin Babayev məlumat verib.Onun sözlərinə görə, hazırda əsas geomaqnit indekslərindən biri olan Kp-nin qiyməti 2 ilə 3 arasında dəyişir (maksimum 9 olur), lakin, o, getdikcə artacaq: "Sabah axşama doğru G1 kateqoriyalı, oktybarın 25-də isə G2 kateqoriyalı qasırğa gözlənilir. Maksimal şkala G5-dir və bu cür şkalaya uyğun qasırğalar nadir hallarda, 11-ildə 1-2 dəfə baş verir. Bu dəfəki geomaqnit həyəcanlaşmasının da əsas səbəbi Günəş səthində hazırda mövcud olan orta ölçülü “tac dəliyi”ndən başlanğıcını götürən yüksək sürətli Günəş plazma küləyinin təsiridir".E.Babayev qeyd edib ki, “Tac dəlikləri”ndən yüklü plazma zərrəciklərı Günəş tacını asanlıqla tərk edir və sürətlə planetlərarası fəzaya, o cümlədən də, Yerə planetinə doğru yönəlir: "Hazırda “günahkar” plazma küləyini sürəti 440 km/saniyə-dir. Hazırda planetlərarası maqnit sahəsinin Z komponentinin cənub istiqamətinə yönəlməsi, kosmik hava şəraitini daha əlverişsiz edir və “katalizator” rolunu oynayır. Atmosfer təzyiqinin nisbətən qalxması da müşahidə olunur və bu, neqativ diskomfort effektlərini artırır. Qasırğa yuxarı en dairələrində daha effektiv olur, əsrarəngiz qütb parıltlarının (“Aurora borealis”) şəkilləri də tezliklə mediada yayılacaq. Bizim orta coğrafi en dairələri üçün təsir adətən zəif olur".Rəsədxana rəsmisi əlavə edib ki, sağlam insanlardan fərqli olaraq, risk qrupuna daxil olan – xroniki ürək-qan-damar xəstəliklərinə düçar olanlar, ahıllar, uşaqlar isə gərginlikdən qaçmalı, yüngül qabaqlayıcı tədbirlər (həkim məsləhəti əsasında) görməlidirlər.BAKU.WS
Oxşar xəbərlər
Baş ağrıları, halsızlığa SON - Sabahdan maqnit qasırğası səngiyəcək
Sabahdan etibarən geomaqnit qasırğası səngiyəcək.Trend-in məlumatına görə, bunu jurnalistlərə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Şamaxı Astrofizika Rəsə...