Azərbaycanda nəfəs kəsən hadisə: 75 yaşlı kişi 2 min metr yüksəklikdən tullandı - VİDEO

Azərbaycanda nəfəs kəsən hadisə: 75 yaşlı kişi 2 min metr yüksəklikdən tullandı - VİDEO
Video
Şou-biznes 1524
75 yaşlı Şəki sakini yamac paraşütündən atlanaraq Azərbaycanda bir ilkə imza atıb. BAKU.WS Xəzər Tv-yə istinadən xəbər verir ki, təxminən 2 min metr yüksəklikdən tullanan yaşlı kişi 25 dəqiqə havada qalıb. Azərbaycanda ilk dəfə yaşlı kişi paraşütlə 2100 metrdən tullandı. Şəki sakini Namiq Uğurliyevin ən böyük arzusu yaşadığı Şəki şəhərinin səmalarında uçmaq onu yüksəkliklərdən seyr etmək olub. O bu arzusuna düz 75 yaşında çatıb. 75 yaşlı ağsaqqal paraplanla bir az da yuxarı 2 min 462 metr hündürlüyə qalxıb. 25 dəqiqəlik uçuş zamanı özünü gümrah hiss edən Namiq dayı gənclərə də meydan oxuyub. Hazırda Namik babanın səhəti normaldı və gələcəkdə o daha böyük yüksəkliklərdən tullanmaq fikrindədir. BAKU.WS

Son xəbərlər