Azərbaycanda “meteorit yağışı” müşahidə olunacaq

Azərbaycanda “meteorit yağışı” müşahidə olunacaq
Şou-biznes 2318

Avqustun 12-dən 13-nə keçən gecə Perseida meteorit axını maksimal fəallığı ilə seçiləcək.

AMEA-dan BAKU.WS-ə verilən məlumata görə, sözügedən meteorit axını hər il 17 iyul - 24 avqust tarixlərində baş verir. Adətən onların fəallığının pik dövrü 9-13 avqust tarixlərinə təsadüf edir.

Keçən ildən fərqli olaraq, bu il  planetimizin sakinləri daha az "düşən ulduz” görəcəklər.

Belə ki, ötən il gecə səmasında müşahidə olunan meteoritlərin sayı 200-ə yaxın idisə, cari ildə orta hesabla saatda 80 meteorit görmək mümkün olacaq. Lakin Ayın parlaq işığı meteoritlərin bir hissəsini görməyə mane olacaq.

Oxşar xəbərlər

İsmayıllıda meteorit tapılıb (VİDEO)

İsmayıllıda meteorit tapılıb (VİDEO)

İsmayıllı muzeyində saxlanan eksponatlardan biri də nadir tapıntılardan sayılan meteorit daşıdır. ARB TV xəbər verir ki, meteoritə 1982-ci ildə İsmayıllı saki...

2169 Hadisə 15:47 26 may 2017

Son xəbərlər