Azərbaycanda keçmiş nazirin qızı: "Bizdə qadınlar daha çox Kim kardaşyana bənzəmək istəyir"
"Qafqazinfo"nun "Hələ belə olmamışdı" adlı layihəsinin qonağı Sevinc Təbrizli olub.
BAKU.WS xəbər verir ki, plastik cərrah Sevinc Təbrizli Azərbaycanın keçmiş mətbuat və informasiya naziri, millət vəkili, Yeni Azərbaycan Partiyasının qurucularından biri olan Sirus Təbrizlinin qızıdır.
Sevinc Təbrizli Azərbaycanda qadınların plastik əməliyyatla daha çox xarici ulduzlara bənzəmək istəməsindən danışıb.
"Mən indi hazırda daha çox bədənlə məşğul olduğuma görə əsasən Kim Kardaşyanın və Cennifer Lopezin şəklini gətirirlər. Ancaq hamıdan Kim Kardaşyan, Cennifer Lopez düzəltmək olmur. Mən onlara başa salıram ki, həmin tanınmışların görünən bəlli ölçülərindən əlavə, onların fiziki konstitusion tipləri var. Gün ərzində 7-8 saat idmanla məşğul olurlar. Bu, tək plastik cərrahiyyənin nailiyyəti deyil. Zəhmət hesabına o bədəni əldə ediblər. Üz əməliyyatlarında isə əvvəllər Petek Dinçözün burnundan, Ancelina Colinin, Ebru Gündeşin dodaqlarından istəyirdilər.
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda 80 yaşlı qadınlar plastik əməliyyat etdirir
"İstənilən uğurlu əməliyyatdan belə narazılıq edən xəstə mütləq tapılır”. BAKU.WS-in xəbərinə görə, bunu Modern.az-a Azərbaycan Plastik Cərrahlar Assosiasiyas...