Obama azərbaycanlıların fotosuna şərh yazdı (FOTO, VİDEO)

Obama azərbaycanlıların fotosuna şərh yazdı (FOTO, VİDEO)
Video
Şou-biznes 3811

 

Amerika Birləşmiş Ştatlarının prezidenti Barak Obama azərbaycanlı ata və oğulun şəklinə şərh yazıb.

BAKU.WS news.atv.az-a istinadən xəbər verir ki, Brandon Stanton adlı amerikalı jurnalist Təbrizdə çəkdiyi fotonu paylaşaraq Azərbaycanlı atanın ona danışdığı hadisəni şəkilin altına əlavə edib: "Bu gün oğlumun 10 yaşı tamam olur. O, çox ürəyi yumşaq, mehriban uşaqdır. Beş yaşı olanda biz bazarlığa gedib qaysı aldıq. O məndən qaysı olan torbanı götürməyə icazə istədi. Mən də icazə verdim. Özüm qabağda gedirdim. O da arxamca gəlirdi. Ona dedim ki, bəsdir yoruldun, torbanı ver mən götürüm. Dedi ki, qaysının hamısnı payladım. Mən bilirdim ki, insanları sevən bir övlad tərbiyə etmişəm”.

Barak Obama təbrizli ailənin bu şəklini bəyənib və şərh yazıb. Bu hadisənin çox ruhlandırıcı olduğunu bildirən Obama təbrizli atanın övladına verdiyi tərbiyənin nəticəsini yavaş-yavaş gördüyünü qeyd edib. Obama bu hadisənin ona xüsusi hisslər yaşatdığını əlavə edib: "Ümidvaram bu uşaq digər insanlara kömək etmək hissini heç zaman itirməz. Mən bütün dünyanı belə gənclərin öz potensialları ilə yaşaması üçün əlverişli məkana çevirməyə çalışıram. Ümidvaram bir gün təbrizli oğlanı görsəm mənə də qaysı verər”.

Obamanın bu şərhini qısa müddətdə 166 mindən çox insan bəyənib.

BAKU.WS

Oxşar xəbərlər

Obama tanqo oynadı (FOTO, VİDEO)

Obama tanqo oynadı (FOTO, VİDEO)

ABŞ prezidenti Barak Obama Argentinada ailəsi ilə birlikdə iştirak etdiyi ziyafət gecəsində tanqo oynayıb. BAKU.WS məlumat verir ki, Argentinaya səfər edən pr...

1302 Şou-biznes 10:25 24 mart 2016

Son xəbərlər