Azərbaycanda 2016-cı ildə ən çox verilən adlar - SİYAHI
Azərbaycanda ötən il (2016-cı ildə) doğulan körpələrə ən çox verilən ilk beş ad Yusif (3398), Zəhra (3008), Hüseyn (2363), Nuray (2176) və Əli (2197) olub.
Ədliyyə Nazirliyindən "Report"a verilən məlumata görə, 2011-ci ildən 2017-ci ilə kimi ölkədə doğulan oğlan uşaqlarına verilən adlar arasında Yusif adı ilk yerdə olub. 2011-ci ildə 4170, ötən il isə 3398 körpəyə Yusif adı verilib. Ümumillikdə isə 2013-cü ildən sonra bu il də daxil olmaqla 17 minə yaxın körpəyə Yusif adı qoyulub.
2011-ci ildən 2017-ci ilə kimi oğlanlara verilən adların siyahısında Yusifdən sonra Əli, Hüseyn adları yer alıb.
2011-ci ildən 2017-ci ilə kimi qızlara verilən adlar arasında Zəhra ilk sıradadır. Qızlara qoyulan adların siyahısında ilk yerləri Zəhradan sonra Nuray və Fatimə adları bölüşüb.
2011-ci ildə 3756, ötən il isə 3008 qıza Zəhra adı verilib. Son beş ildə 16 minə yaxın qız uşağına Zəhra, 10904-nə Nuray, 10549-na Fatimə adı verilib.
Ötən il körpələrə çox verilən adlar arasında Aylin (1667, son beş ildə 7657), Zeynəb (1863, son beş ildə 7655), Ömər (1752, son beş ildə 7366), Ayan (1354, son beş ildə 7299), Məhəmməd (1438, son beş ildə 6743) kimi adlar olub.
Bundan başqa, ötən il oğlanlara verilən adlar arasında Murad, Tunar, Uğur, Ayxan, İbrahim, Kənan, Ümid, Nihad, Həsən, Rəsul, Mehdi, Emil, İsmayıl, Fərid, Ramal, Nihat, Amin, Raul, Tuncay, Sadiq, Nicat, qız uşaqlarına verilən adlar arasında isə Məryəm, Mələk, Ayan, Mədinə, Dəniz, Xədicə, Leyla, Səma, Gülay, Fidan, İnci, Banu, Yağmur, Nəzrin, Damla, Aysu, Ayla, Əsma, Nur, Aydan, Nərgiz, Nazlı, Nigar, Nilay, Ləman kimi adlar üstünlük təşkil edib.
Bu il doğulan körpələrə qoyulan adlar arasında da Yusif (29) və Zəhra (17) adları liderdir.
BAKU.WS
Oxşar xəbərlər
Bu il uşaqlara ən çox verilən adlar açıqlanıb - SİYAHI
Bu ilin 11 ayı ərzində Azərbaycanda doğulan uşaqlara daha çox Yusif (3184) adı verilib. "Report" Ədliyyə Nazirliyinə istinadən xəbər veri ki, bu il ərzində doğ...