Azərbaycan seriallarına daha çox kişilər baxır - VIDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Son vaxtlar ölkəmizdə yerli seriallara maraq xeyli artıb. Bir vaxtlar Türkiyə və digər ölkələrin serialları insanlar arasında günlərlə müzakirə olunurdusa, indi yerli məhsullarımız da gündəm ola bilir.
Yaradıcı heyət hesab edir ki, bu sahədəki uzun boşluğa və köklü serial ənənəsinin olmamasına baxmayaraq, çəkilən yerli serialların əksəriyəti uğurlu alınıb, keyfiyyət və maraq dairəsi heç də xaricilərdən geri qalmır.
Məlumat üçün bildirək ki, ölkəmizdə yerli serial bazarının inkişaf etməsi üçün dövlət tərəfindən televiziya kanallarına 2011-ci ildən indiyə qədər 11 milyon manat vəsait ayrılıb. Dövlətin verdiyi vəsait hesabına ümumilikdə 40 serial çəkib.
AzVision.az şəhərdə sorğu keçirərək sakinlərin yerli seriallara baxıb-baxmamasını soruşub. Sorğuda iştirak edən respondetlərin cavabından görünür ki, yerli seriallara qadınlara nisbətədən kişilər daha çox baxır.
BAKU.WS
Oxşar xəbərlər
Nazir hotellərin xaricilərə ucuz, yerli turizm şirkətlərinə isə baha satılmasına münasibət bildirib
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ölkə hotellərinin xarici turizm şirkətlərinə otaq yerlərini daha ucuz, yerli turizm şirkətlərinə isə daha baha qiymə...