Azərbaycan "Eurovision" üçün rekord məbləğ xərcləyib: ŞOK RƏQƏM
Ukrayna Eurovision-un təşkilinə 10 milyon avro xərcləməyi planlaşdırır.
BAKU.WS-in məlumatına görə, bunu Ukraynanın infrastruktur nazirinin məsləhətçisi Yanika Merilo Estoniyanın ETV+ kanalına müsahibəsində deyib.
""Eurovision"u ya Azərbaycan kimi 50 milyon dollar böyük pula, yaxud da Estoniya kimi 8 milyon avroya təşkil etmək olar. Biz isə bu yarışı 10 milyona təşkil etməyə planlaşdırırıq", - deyə nazirin məsləhətçisi bildirib.
O, deyib ki, Ukrayna yarış iştirakçısı ölkələrindən olan sponsor və donorların yardımına ümid edir. "Biz "Eurovision" üçün yeni arenalar tikməyi planlaşdırmırıq. Avro-2012 üçün tikilən meydanlardan istifadə edəcəyik. Yarışın yarımfinalı Lvov, Dnepropetrovs, ya da Odessada keçiril' bilər. Final isə Kiyevdə olar", deyə Merilo bildirib.
Oxşar xəbərlər
“Eurovision 2016"-nın qalibi Ukrayna oldu - VİDEO
İsveçin Stokholm şəhərindəki "Globe” arenada 61-ci dəfə təşkil olunan "Eurovision-2016” mahnı müsabiqəsinin final konserti başa çatıb. BAKU.WS-in məlumatına gö...