Azərdən danışan Kənan M.M: Həyatda tanıdığım ilk insan idi ki…
Yeniliklərdən dərhal xəbərdar olun
"İnsan 25 illik dostu haqqında nə danış bilər… Azər Baxşəliyev çox pozitiv insan idi. Həyatda tanıdığım ilk insan idi ki, heç vaxt əsəbləşmirdi və əsəbləşdirməzdi. Heç vaxt insanların qəlbini qırmırdı".
Bu sözləri BAKU.WS-ə açıqlamasında rejissor Kənan M.M mərhum aktyor Azər Baxşəliyev haqqında danışarkən deyib. O aktyorun vəfatı üçün dərin kədər hissi keçirdiyini bildirib:
"Onu xatırlayanda bir tərəfimiz acı çəksə də, digər tərəfimiz güləcək. Çünki həmişə enerjili insan idi. Onun haqqında keçmiş zamanda danışmaq çox ağırdır. Allah rəhmət etsin".
Xatırladaq ki, Azər Baxşəliyev bu gün Qurd qapısı qəbirstanlığında dəfn olunub.
Zöhrə Pənah
Oxşar xəbərlər
Xuraman Əlizadəyə ağır itki üz verdi
Aktrisa Xuraman Əlizadəyə ağır itki üz verib.BAKU.WS xəbər verir ki, axşam.az-ın əldə etdiyi məlumata görə, aktrisanın atası 74 yaşında dünyasını dəyişib. Mərhu...