Azərbaycanlı xanəndənin oğlu: "Atamdan sağlığında ala bilmədiyim halallığı istəyirəm" - VİDEO

Azərbaycanlı xanəndənin oğlu: Atamdan sağlığında ala bilmədiyim halallığı istəyirəm - VİDEO
Video
Şou-biznes 466

Mərhum xanəndə Səxavət Məmmədovun oğlu Bəxtiyar Məmmədov atası haqqında danışıb.

BAKU.WS xəbər verir ki, o, "O üz" verilişinə müsahibəsi zamanı atası ilə bağlı xatirələrini dilə gətirib. Bəxtiyar xanəndə atasının dəfn anından da danışıb.

Onu sonuncu dəfə nəşi götürüləndə gördüyünü bildirib. Bəxtiyar hərdən atası ilə ürəyində dərdləşdiyini və ondan sağlığında ala bilmədiyi halallığı istədiyini deyib.

Qeyd edək ki, Səxavət Məmmədov 1991-ci il sentyabrın 30-da indiki Şirvan rayonundan qayıdarkən avtomobil qəzasına uğrayaraq dünyasını dəyişib. Müharibə vəziyyətinə görə Səxavət Məmmədovun qəbri üzərinə qoyulmaq üçün Bakıda sifariş edilən məzar daşı kənddə gedən gərgin döyüşlər səbəbindən ünvanına çatdırıla bilmədi.

Daha sonra isə kənd işğal olundu. Səxavət Məmmədovun üzərində şəkli, doğum və ölüm tarixi həkk olunmuş başdaşı Bakıdakı evinin həyətində qaldı.

Ətraflı videoda:

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər