Tanınmış müğənni oğluna toy edəcək - VİDEO

Tanınmış müğənni oğluna toy edəcək - VİDEO
Video
Şou-biznes 11

Müğənni Kərim Abbasovun övladının xeyir işi olacaq.

BAKU.WS xəbər verir ki, sənətçi oğlu Yusifə kiçik toy edəcək. Abbasov övladının şad gününə yaxınlarını, dost və tanışlarını, o cümlədən bəzi sənət adamlarını dəvət edəcək.

İfaçı bu haqda “Səhər mərkəzi” proqramına qonaq olarkən danışıb.

Sənətçi Yusifin toyunun oktyabrın 12-də paytaxt restoranlarından birində baş tutacağını vurğulayıb.

Kərim verilişin aparıcıları Tural Abbasov və Afaq Gəncəlini, o cümlədən proqramda iştirak edən Əməkdar artist Nigar Şabanovanı oğlunun kiçik toy məclisinə dəvət edib.

Xatırladaq ki, Yusif 6 yaşındadır. O bu il birinci sinifə gedib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər