Azərbaycanlı bloger onu pulsuz aparan sürücüyə avtomobil hədiyyə etdi - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiyada yaşayan azərbaycanlı bloger Hüseyn Həsənov qeyri-adi addımı ilə diqqət çəkib.
BAKU.WS xəbər verir ki, bloger taksi sürücülərinə yaxınlaşaraq pulu olmadığını və onu istədiyi yerə ödənişsiz çatdırmalarını istəyib. Sürücülərin əksəriyyəti onun bu istəyini rədd etsə də, onlardan biri Hüseynlə razılaşıb.
H.Həsənov dediyi ünvana çatdıqdan sonra həmin sürücüyə avtomobil salonundan yeni maşın hədiyyə edib.
Həmin görüntüləri bloger 19 milyondan çox izləyicisi olan şəxsi instaqram hesabında yayımlayıb. H.Həsənovun paylaşımı sosial şəbəkə istifadəçiləri tərəfindən maraqla qarşılanıb. Videoya qısa müddətdə 1 milyon 300 min baxış sayı gəlib, çoxsaylı şərhlər yazılıb.
Oxşar xəbərlər
Prezident İlham Əliyev xalqa müraciət edib - VİDEO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciət edib. BAKU.WS müraciəti təqdim edir. Prezident İlham Əliyevin xalqa müraciəti - Əziz həmvətənl...