Azərbaycanlı aparıcı 9 il əvvəl ölən ərindən yazdı: "43 yaşın olacaqdı..." - FOTO/VİDEO
Aparıcı Lalə Mustafayeva şəxsi həyatı ilə diqqət çəkib.
BAKU.WS xəbər verir ki, aparıcı 9 il əvvəl vəfat edən həyat yoldaşı Əziz bəylə bağlı paylaşım edib. Əri ilə şəkillərindən yığılan videosunu paylaşan Mustafayeva bu gün onun doğum günü olduğunu deyib:
"Bu gün sənin 43 yaşın olacaqdı. 9 il səninlə ad gününü qeyd etdik. 9 il də sənsiz tək. İllər əvvəl arzularımızı söndürdülər. Əziz, bu gün hava da mənimlə ağlayır! Deyirlər, həyat davam edir, amma bu 9 ildə alışa bilmirəm ki bilmirəm! Bir gözüm gülür, bir gözüm qan ağlayır. Sən mənim dostum, sevgilim, həyat yoldaşım, həm də ərköyün 1.92 sm boylu balam idin. Sənin əziyyətini-nazını çəkirdim. Bilirsən, son illər qəbir üstünə gələ bilmirəm… Səni orada görə bilmirəm, baxa bilmirəm, çətindir mənə".
Qeyd edək ki, aparıcı müsahibələrindən birində sadəcə bir dəfə ailə həyatı qurduğunu və həyat yoldaşının vəfat etdiyini bildirib.
Oxşar xəbərlər
İlham Əliyev Rusiyanın aparıcı KİV rəhbərləri ilə görüşüb - YENİLƏNİB - VİDEO
Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində fevralın 23-də TASS agentliyində bu ölk...