Azərbaycanın bu ərazisində yayın ən isti vaxtında da buz var – VİDEO

Azərbaycanın bu ərazisində yayın ən isti vaxtında da buz var – VİDEO
Video
Şou-biznes 1803
Burada yayın ən isti vaxtında da buz var..BAKU.WS xəbər verir ki, Xəzər TV-nin əməkdaşları Goranboyun Buzluq kəndindəndən reportaj hazırlayıblar.Qeyd edək ki, 1139-cu ildə baş vermiş zəlzələ zamanı Göygölə yanaşı, Goranboy rayonu ərazisində füsunkar gözəlliyə malik Buzluq kəndi, həmçinin buradakı mağaralar yaranıb.Dəniz səviyyəsindən 1200 metr hündürlükdə yerləşən ərazi sıx meşələri, saysız hesabsız bulaqları ilə məşhurdur. Ən diqqətçəkəni isə buradakı buz mağaralarıdır.Ətrafda 35-40 dərəcə istilik olmasına baxmayaraq buzxana adlandırılan mağardan buz parçaları çıxarmaq mümkündür.Yerli sakinlər mağarlara girib-çıxmağın təhlükəli olduğunu deyirlər. Amma buna baxmayaraq buraya üz tutan yerli və əcnəbi turistlər həmin buz kristallarını görməyə, hətta ondan dadmağa da can atırlar.Rayon mərkəzindən 55 kilometr uzaqlıqda yerləşən yaşayış məskəni hazırda turistlərin ən çox üz tutduğu məkanlardandır.
Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Təhlükəli istilər başlayır – XƏBƏRDARLIQ – VİDEO

Təhlükəli istilər başlayır – XƏBƏRDARLIQ – VİDEO

Bir neçə gündür ölkə ərazisində isti hava şəraiti hökm sürür.BAKU.WS xəbər verir ki, hidremetereoloqlar istilərin davam edəcəyi bildirirlər.Məsələ ilə bağlı Xəz...

1618 Şou-biznes 08:04 25 iyun 2019

Son xəbərlər